Müsəlman.az » Tarix » Dünya tarixi » Bu gün Xanım Zeynəbin(s.a) mövlud günüdür...

Bu gün Xanım Zeynəbin(s.a) mövlud günüdür...

Müəllif: YA_Ali 28-03-2012, 22:47
 (səslər: 8)
Bu gün Xanım Zeynəbin(s.a) mövlud günüdür...

Həzrəti Xanım Zeynəbin (s.a) Mövludu

Xanim Peyğəmbər (s) övladları arasında, vilayət bağının ilk qızı Zeynəbi-Kubra (s), iman və təqva, elm və mərifət, səbr və dözüm və başqa insani fəzilətlər sarıdan tamamlanmış, kamil bir insanın bariz nümunəsidir. O, bütün dünya qadınları arasında nümunədir və hər yerdə səbr və isar adı gəlsə, bu böyük xanımın adı parlayır.

Həzrət Zeynəbi (ə) hamımız yaxşı tanıyırıq. Qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyadakı şücaətli qəhrəmanlar onun şəxsiyyəti, çalışqanlığı və şücaəti qarşısında baş əyiblər. Zeynəb (ə) hicrətin 5-ci, ya 6-cı ilində Cəmadiəl-ula ayında dünyaya göz açıb və hicrətin 62-ci ilində Rəcəb ayının 14-ü, bazar günü Şamda və ya Misirdə dünyasını dəyişib.
Zeynəb atanın zinəti deməkdir. Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün ad qoyma mərasimi haqda tarixdə belə oxuyuruq:

Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm. Səbr edək Peyğəmbər (s) səfərdən gəlsin.
Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur.

Ondan sonra Cəbrəil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! çünki, Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin. çünki, o, Xədiceyi-Kubra kimidir.
Yəni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir.
Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur.

Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək vücudundan səbr və dözüm hədisini yazsın. çünki, o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-təala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun.
O, yetkinlik yaşına çatanda çoxlu elçilər arasından igid və şəxsiyyətli bir kişini - əmisi oğlu Əbdüllah ibn Cəfər Təyyarı - özünə həyat yoldaşı seçdi. Bir şərtlə ki, hər zaman İmam Hüseyn (ə) səfərə getmək istəsə, Zeynəbin (ə) qardaşıyla birlikdə olmasına mane olmasın. Atasının həyatına zinət verdiyinə görə onu Zeynəb adlandırmışlar. Zeynəbi Kübranın (ə) barəsində deyilməli sözlər çoxdur. Onun qanlı Aşura inqilabındakı şücaətinə nəzər salaq.

Tarix Seyyidüş-şühədanın Mədinədən Məkkəyə hərəkatı barəsində bizə müxtəlif məlumatlar çatdırmışdır. Tarix müxtəlif insanların ürəkyananlığı, o həzrəti Mədinədə çıxmaq fikrindən daşındırmaq cəhdələri, əmin-amanlı yerlərə sığınmaq təklifləri və nəhayət qohumların, xüsusilə imamla ailə və qohumluq əlaqəsi olan ağlama, nalə və şivələrini gözəl surətdə bəyan etmişdir.
Zeynəb imamət məqamını tanıdığından yaxşı bilir ki, məsum imam öz şəxsi iradə və istəyinə uyğun deyil, ilahi vəzifəsinə əsasən iş görüb, hər hansı bir fikrə gəlir. Buna görə də tarixdə onun haqqında imam Hüseyn (ə)-ı ilahi işindən saxlamaq üçün heç bir təklif görülmür. O, bu işdə öz imamına müti və təsəllidir.
Zeynəb Mədinədən Kərbəlaya qədər imam Hüseyn (ə)-ın yanında olmuşdur. O, bu səfəri öz izdivacından qabaq duymuş və öz nikahında imam Hüseyn (ə)-la birgə olmağı şərt etmişdi. İndi isə, bu şərtdən istifadə etməyin vaxtı çatmışdı.

Yaşı 50-ni ötmüş, oğul-uşaq, ailə sahibi olmuş bir qadın üçün belə bir qəm karvanını müşayiət etmək, ruhi və cismi çətinliklər, ağır təhlükələrlə rastlaşmaq nə qədər çətin olsa da, zamanın imamına və Hüseyn kimi əziz qardaşına olan sonsuz eşq və dərin məhəbbət bütün bunları həzrəti Zeynəb (s)-a olduqca asan etmişdi.
O, bilirdi ki, Hüseyn (ə) Allahın höccəti, Peyğəmbər canişini, onun və zamanın bütün insanlarının imamıdır.
Onunla yoldaşlıq etmək həqiqətdə insani fəzilətlə yoldaşlıq etmək, əbədi səadətə çatmaq deməkdir. Zeynəb, elə bunun üçün də özünü hər növ müsibətə hazır edib, müqəddəs məqsəd üçün ev, ailə və ümumiyyətlə həyatdan imtina etməyə hazırlaşıb, Allah eşqi ilə dolu bir qəlb və polad iradə ilə insaniyyətin əzəmətini özü ilə aparan bir yola qədəm qoyur.


Həzrəti Xanım Zeynəb (s.a) baradə deyilənlər:


Zeynəbin özündən :Xanım ibni ziyada buyurdu ey Ziyadın oğlu bəsdi,bizim qanımızı tökdün hec vax İmam Zeynəlabidindən(ə) ayrılmaram .Əgər onu öldürmək isdəsən mənim qanımı onun qanına qat.

İmam Zeynəlabidin(ə) bibican həmd olsun Allaha sən müəllimsiz alim və usdatsız anlaqli olan bir qadınsan.

İmam Zeynəlabidin (ə): Bibim Zeynəb küfə və şam səfərlərində bütün yol boyu vacib və müsdəhəb namazları hamsın yernə yetirdi.Səfərin yorğunluqu və cətinlikləri ilə rastlaşdı,yetimlərə nəvaziş gösdərmək ,müsübət cəkmiş qadınlara nəvaziş onu Allahla münacat ve gecə nafilələri qılmağdan uzaq salmadı


Bu münasibətlə Ceferiler.com-olaraq bütün müsəlman dünyasını təbrik edirik!

Xanım Həyatı haqqında olan kitabı Yüklə!

Hörmətli istifadəçi, Siz qeydiyyatdan keçməmisiniz. Saytdan daha geniş istifadə etmək üçün zəhmət olmasa qeydiyyatdan keçin.
Məsləhət görürük ki, Qeydiyyatdan keçəsiniz və ya qeydiyyatınız varsa daxil olun.

Şərhlər:

Şərh yaz
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 31.12.2011
  • Şərhlər: 21
  • Dərc olunmuş: 0
^
Salamun Aleykum, Kerbela Qehremani, Hz.Eli(e) Ve Fatimeyi Zehranin(s.e) Qeyretli Qizi Xanim Zeynebi Kubranin(s.e) Mövludu Munasibetile Mende Haminizi Tebrik Edirem, Allah Bizlere Bu Dunyada O Hezretin Ziyaretini Axiretde Shefaetini Qismet Elesin, Allah O Hezretin Xatirine Gözumuzun Nuru Seyyidimiz Hz.Mehdinin(e) Zuhurunu Tecil Elesin.
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 17.02.2012
  • Şərhlər: 43
  • Dərc olunmuş: 0
^
SALAM ALEYKUM. TEBRİK EDİREM.
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 26.03.2012
  • Şərhlər: 26
  • Dərc olunmuş: 0
^
Movludumuz mubarek.Menim qabiliyyetim yoxdur bele gunu terif edim.
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 15.12.2011
  • Şərhlər: 22
  • Dərc olunmuş: 0
^
Bawda Imam Zaman aga (e.f) olmaqla butun möminleri tebrik edirem. Allah butun muselman xanimlari Xanim Zeyneb (s.a) kimi wucaetli, ismetli, vuqarli qerar versin. Amin.

--------------------
  • Qrup: Administratorlar
  • E-mail: --
  • Qeydiyyat: 16.07.2011
  • Şərhlər: 165
  • Dərc olunmuş: 730
^
TEBRIKDEN BASHQA SOZ DEMEYE INSANIN DILI GELMIR. O XANIMLARIN SHAHI ELE BIR IGIDLIK GOSTERIB KI, BU IGIDLIYI, MERDLIYI HETTA YEZID(L.E) -I IMAM SAYANLARDA QEBUL ELIYILLER... MOVLUDUNUZ MUBAREK EZIZ EHLI-BEYT ASIQLERI.
  • Qrup: İstifadəçilər
  • E-mail: --
  • Qeydiyyat: 14.12.2011
  • Şərhlər: 178
  • Dərc olunmuş: 172
^
Kerbalanin...
Huseynin Ayrilmaz Pervanesi...
Tarixin Nevesi...
Qelblerin Shefasi Zeyneb...


Movludumuz Mubarek.Tebrikler ey Peygemberlerin Sultani (s), Tebrikler Ya Imam Zaman Aga (e.f), Tebrikler ey iki dunyanin Xanimi (e), Tebrikler ey Mominlerin Emiri (e)!!!! Tebrikler ey Yer, Goy ehli!!!!
Məlumat
Qonaqlar qrupunda yerləşən istifadəmilər, bu xəbərə şərh yaza bilməzlər.